YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər yolunda əmin addımlarla irəliləyirik

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyev gənc seçicilərlə, həmçinin Yeni Gəncə qəsəbəsinin seçiciləri ilə görüşüb.

Görüşlərdə Naqif Həmzəyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd müstəqil ölkəmizin bundan sonra da demokratik dövlət quruculuğu, sabit sosial-iqtisadi inkişaf yolu ilə irəliləyəcəyini qeyd edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmizin qazandığı uğurlar Azərbaycanı dünyada hörmət edilən, söz sahibi olan dövlətə çevirib.

Eyni zamanda, deputatlığa namizəd Naqif Həmzəyev Gəncə seçicilərinin həmişə dövlətə, dövlətçiliyə və Prezident İlham Əliyevə öz sədaqətləri ilə seçildiklərini vurğulayaraq, Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini qürurla qeyd edib.

Həmçinin çıxış edən seçicilər 1 sentyabr seçkilərində xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.