YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gələcək nəsillərimiz bu möhtəşəm tarixlə qürur duyacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun Yevlax rayonu, Səmədabad kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, siyasi və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib.

Deputatlığa namizədi İlham Məmmədov öz çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyədək böyük inkişaf yolu keçib və bütün fəaliyyəti Azərbaycan dövlətinin və xalqının maraqları naminə həyata keçirilib: “Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar sərkərdəlik qabiliyyəti nəticəsində elə bir şanlı tarix yazıb ki, bizim gələcək nəsillərimiz də bu möhtəşəm tarixlə qürur duyacaq”.

Sonra İlham Məmmədov seçki platforması haqqında seçicilərə geniş məlumat verib, onları Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.

Çıxış edən təşviqat qrupunun üzvü Vahid Quliyev Azərbaycanın beynəlxalq müstəvidə olan nüfuz və hörmətindən, ölkəmizin etibarlı tərəfdaş kimi böyük tədbirlərə ev sahibliyi etməsindən, xüsusilə dövlətimizin güclü siyasəti nəticəsində ölkəmizdə uzun illərdir bərqərar olmuş sülh və sabitlik şəraitindən qürurla danışıb.

Görüş çərçivəsində çıxış edən seçicilər də 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini, həmçinin Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, İlham Məmmədov həmin gün rayonun Səmədabad kəndində şəhid ailəsini ziyarət edib.