Seçki-2024
Xalqın mənafeyi naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın Xətai rayonunda yerləşən şəhid Orxan Zeynalov adına küçədə yaşayan bir qrup seçici ilə görüşü keçirilib.
Seçicilər YAP-ın namizədinə dəstəyini ifadə edərək ona səs verəcəklərini bildiriblər, P.Vəliyevaya gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Pərvanə Vəliyeva daha sonra Vətən müharibəsi şəhidi Orxan Zöhrab oğlu Zeynalovun ailəsi ilə görüşüb, bundan öncə şəhidin abidəsi ziyarət edilib. Şəhidin ailə üzvləri ilə Orxan Zeynalovun döyüş yolu və şücaətindən söz açılıb.
YAP namizədi şəhidin anasına belə qəhrəman və cəsur övlad böyütdüklərinə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, həmin gün həmçinin, Birinci və İkinci Fəxri Xiyabanda şəhid məzarları ziyarət olunub.