Seçki-2024
Azərbaycan tarixinin yeni mərhələsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afaq Hacıyevanın YAP Sabunçu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. A.Xudadanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli daxili və xarici siyasət, sosial-iqtisadi, siyasi və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycanın nəinki regionun, bütövlükdə dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer aldığını ifadə edib. O, deputatlığa namizəd Afaq Hacıyeva haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Afaq Hacıyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, xalqın etimadını real fəaliyyəti ilə doğruldan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də ciddi hazırlaşır: “YAP həm seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə çalışır, həm də növbəti dəfə seçicilərin yekdil səsi ilə qanunvericilik fəaliyyətini genişləndirmək niyyətindədir. Azərbaycanın hər bir uğurunda partiyamızın öz payı, rolu vardır”.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.