YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni qələbələr naminə Yeni Azərbaycan Partiyası!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynovun YAP Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev ideyalarının dayandığını, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığını vurğulayıb. O, seçiciləri yeni qələbələr naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Xaliq Hüseynov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. “Tarixi Zəfərimiz hər birimizi daha uğurlu gələcək naminə hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır”, - deyən X.Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, islahatların ölkəmizin inkişafına xidmət etdiyini söyləyib.

Görüşdə, həmçinin  44 günlük Vətən müharibəsi şəhidi baş leytenant Rövşən Nurzadənin atası Əli Nurzadə, İsrayıl İsgəndərov, Mərziyyə Nəcəfova və Rövşən İbrahimli çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.