Seçki-2024
Uğurlu addımlar yeni qələbələrə yol açır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun rayonun Qarabağlı kəndində seçicilərlə görüşü keçirilib.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov görüşü giriş sözü ilə açaraq partiyanın qarşıdan gələn parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın 1 sentyabr – növbədənkənar parlament seçkilərində də qalib gələcəyinə əminliyini ifadə edib.
Deputatlığa namizəd Sadiq Qurbanov bildirib ki, Azərbaycanda güclü və sarsılmaz xalq-iqtidar birliyi var: “Bu güclü birlik Prezident İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə bizim gələcəkdə də daha böyük uğurlara şahidlik etməyimizi təmin edəcək. Ona görə ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşib”.
S.Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Mahirə Hüseynova, Qurban Abbasov, Hüsnü Həsənov, Kərəm Muradov, Zahid Fərəcov və digərləri Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəlilədiyini deyiblər. Natiqlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.