YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni qələbələrə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın Babək rayonu, Nehrəm qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov çoxsaylı qələbələrin əldə olunmasında ümumxalq partiyası olan YAP-ın böyük rola malik olduğunu bildirib. İ.Məmmədov qeyd edib ki, hazırda qarşımızda duran başlıca məqsəd yeni qələbələrə nail olmaqdır. O, vətəndaşları seçki prosesində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Ülviyyə Həmzəyeva YAP-ın seçki platforması barədə məlumat verib. O, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, seçkilərin bütün ölkə ərazisində keçirilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.

Görüşlərdə təşviqat qrupunun üzvü Tofiq Abutalıbov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər Həsən Nemətov, Abbas Niftəliyev, qazi Rüfət Məmmədov və başqaları çıxış edərək YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.