YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə doğru inamla!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Yevlax rayonunun Tanrıqulular, Hürüuşağı və Boşçalı kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına siyasi mirası olan Yeni Azərbaycan Partiyası şanlı tarixi yol keçib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti və rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu parlaq Qələbəmizi təmin edib. Hazırda işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, əhalinin öz doğma yurdlarına köçürülməsi göstərir ki, Azərbaycan Prezidentinin apardığı düzgün və məqsədyönlü siyasət dövlətimizin, xalqımızın maraqları naminədir. 

Deputatlığa namizəd Əli Hüseynli çıxışında YAP-ın seçki platformasında qeyd edilən uğurlarımızdan geniş bəhs edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin siyasətinin mərkəzində insan faktoru dayanır.

Əli Hüseynli seçiciləri qüdrətli, qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini layiqincə təmin üçün seçkilərdə fəal olmağa, partiyamızın namizədlərinə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər bildiriblər ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və qalib olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Qeyd edək ki, Əli Hüseynli rayonun Tanrıqulular kəndində yaşayan şəhid ailəsini ziyarət edib.