YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Şərur rayonunun Oğlanqala, Dizə, Axura, Həmzəli və Havuş kəndlərindən olan  seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Şərur rayon təşkilatı sədrinin müavini Adil Əhmədov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq seçkilərin önəmindən bəhs edib, qazanılan uğurlar və qarşıda duran hədəfləri diqqətə çatdırıb.

Deputatlığa namizəd Ziyafət Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin davam etdirdiyi siyasətin uğurlarından geniş bəhs edib: “Sözsüz, gələcək inkişaf, yeni hədəflərin reallaşdırılması, Azərbaycanın qüdrətinin daha da artırılması Heydər Əliyev ideyalarının təntənəsidir. Azərbaycanı işıqlı gələcəyə aparan yol məhz Heydər Əliyev yoludur”.

Z.Əsgərov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Tədbirdə, həmçinin görüş iştirakçılarından Tahir Əliyev, Rəbbil Səfərov, Məhsəti Rzayeva seçiciləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr – parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, görüşdən sonra deputatlığa namizəd şəhid Hicran Əliyev və şəhid mayor Vüsal Vəliyevin ailələrini ziyarət edib.