Seçki-2024
Reallıqlarımızın təqdimatı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın Xətai rayonu, Babək prospektində yaşayan bir qrup seçici ilə görüşü keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov deputatlığa namizədi seçicilərə təqdim edərək onun barəsində məlumat verib. Bildirib ki, Azərbaycan xalqı hakimiyyətin yeganə mənbəyidir. Qeyd edib ki, seçkili orqanlara seçkilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilməsi əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, ölkəmizin demokratik siyasi sisteminin əsaslarını təşkil edir.
Çıxış edən deputatlığa namizəd Pərvanə Vəliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsdələrindən biri hesab edir: “YAP qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. YAP bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini daha da inkişaf etdirəcəkdir”.
Seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Pərvanə Vəliyeva həmçinin, Vətən müharibəsi şəhidi Əbülhəsən Balaş oğlu Eyvazovun ailəsi ilə görüşüb, bundan öncə şəhidin abidəsini ziyarət edib.
O, şəhidin anasına belə qəhrəman və cəsur övlad böyütdüklərinə görə minnətdarlığını bildirib.