Seçki-2024
“Seçimimiz Yeni Azərbaycan Partiyasıdır”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhər 18-ci mikrorayonda və “Yaşıl dərə” massivində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə namizədin vəkili Ramiz İsmayılov Mehriban Vəliyeva əvvəlcə deputatlığa namizəd Mehriban Vəliyevanın fəaliyyəti haqqında seçicilərə məlumat verib.
Sonra çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva Mehriban Vəliyeva Prezident İlham Əliyevin siyasətinin uğurlarından danışıb, YAP-ın seçki platformasından bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli dövlət bayrağımız bütün ərazilərimizdə ucaldılıb: “Hazırda ölkəmiz regionda iqtisadi inkişafına görə lider ölkə olmaqla yanaşı, sabitlik və təhlükəsizlik adası olaraq tanınır. Ölkəmizdə dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi prioritet olan hədəflərdəndir”.
Daha sonra deputatlığa namizəd Mehriban Vəliyeva seçiciləri dinləyib, onların suallarını cavablandırıb.
Seçicilər də öz növbəsində M. Vəliyevaya dəstəyini ifadə edib, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Mehriban Vəliyeva həmçinin, Vətən müharibəsinin şəhidləri Təbriz Alməmmədovun, Mahir Xələflinin və Daşqın Ağayevin ailələrini ziyarət edib.