YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qubalılar inkişafa səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Quba rayonunun Qonaqkənd və Afurca kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, ötən dövr ərzində Azərbaycanın dinamik və hərtərəfli inkişaf yolu keçdiyini deyib.

Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi, regionda və onun hüdudlarından kənarda böyük nüfuza malik bir siyasi təşkilat olduğunu deyib.

O da vurğulanıb ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial-iqtisadi infrastruktur quruculuğunda, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında önəmli uğurlara imza atıb.

Görüşdə çıxış edən rayon ziyalıları Həsən Balaqadaşov, Mehdi Nuriyev, Qalib Məmmədov, Bəxtiyar Məstanov, Şahbaz Alxasov uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.

Qeyd edək ki, namizəd həmin gün şəhid İlham Nurbaba oğlu Gülməmmədovun, Hidayət İbrahimxəlil oğlu Seyfəlovun, Taleh Ədalət oğlu Salamovun, Cəlil Qəhrəman oğlu Məmmədovun, Tapdıq Namiq oğlu Bayramovun ailələrini də ziyarət edib.