Seçki-2024
“Tərəqqi yolunda inamla addımlayırıq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov siyasi sistemin daha da gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin vacibliyindən danışıb. Bildirilib ki, ölkəmizdə siyasi-iqtisadi islahatların vəhdətliyinin qorunması uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayır. O, deputatlığa namizəd Elnur Rəhimov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Elnur Rəhimov Yeni Azərbaycan Partiyasının seçki platforması ilə bağlı məlumatları diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən, dinamik inkişaf və nəhəng islahatlardan danışıb.
Seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.