YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərhad Baxışovun seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını və qələbə əzmi ilə davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, budəfəki parlament seçkiləri həm də bütün suveren ərazilərimizdə keçirilməsi ilə əlamətdardır. O, deputatlığa namizəd Fərhad Baxışov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Fərhad Baxışov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, tarixi nailiyyətlərə imza atılıb. Qeyd edib ki, Azərbaycanın dinamik inkişafı əhalinin gəlirlərinin artmasına, rifahının yaxşılaşmasına müsbət təsir göstərib. Vurğulayıb ki, son illərdə bütün sahələrdə köklü islahatlar aparılıb.

Tədbirdə, həmçinin təbliğat qrupunun üzvləri Gülqədəm Mirzəzadə, Nəcibə Abdullayeva və digərləri çıxış ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dövlətimizin, ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib. Qeyd olunub ki, tarixi qələbəmiz həm də yeni dövrü şərtləndirib, “Yeni dövrə Yeni Azərbaycanla!” şüarının seçilməsi də bu baxımdan olduqca əhəmiyyətlidir.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.