YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Demokratik dəyərlərə sadiqlik

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun Nəsimi rayonunda yerləşən Azərbaycan Milli Konservatoriyası Nəzdində Musiqi Kollecinin akt zalında seçicilərlə görüşü keçirilib.                                                    

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov qeyd edib ki, dünyaya uğurları ilə səs salan, inkişaf modeli nümunə göstərilən qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Vurğulanıb ki, ölkəmizin artan gücü müstəqilliyimizin təminatçısıdır, onun qarantıdır.   

A.Süleymanov deputatlığa namizəd Elnur Rəhimov haqqında seçicilərə məlumat verib.

Tədbirdə deputatlığa namizəd Elnur Rəhimov Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumatları diqqətə çatdırıb. O, bildirib ki, qarşıdan gələn parlament seçkiləri ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilməsi ilə fərqlənir: “Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sekorunun inkişafına stimul verir. Neft-qaz gəlirlərindən səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına yönələn mühüm sosial-iqtisadi layihələrin icrasını daha da sürətləndirir. Bir sözlə, Azərbaycan dayanıqlı iqtisadi  inkişafı ilə dünyanın diqqətindədir. Bütün bu uğurlar YAP-ın parlament seçkilərində qələbəsini şərtləndirir”.

Görüş iştirakçısı Elçin Əhmədov ölkəmizin inkişafında və görülən ideoloji işlərdə Yeni Azərbaycan Partiyasının rolundan bəhs edərək namizədə uğurlar arzu edib.

Seçicilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.