Seçki-2024
Yeni dövr yeni uğurlar vəd edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rasim Novruzovun Qobustan rayonu, Sündü kənd seçicilərilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi etiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov qeyd edib ki, parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır: “Hər birinizi seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə, dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıram”.
Deputatlığa namizəd Rasim Novruzov Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq partiyanın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Təşviqat qrupunun üzvləri Atabəy Cahangirov, Bəhruz Aslanov, seçicilərdən Bayram Bayramov çıxış ediblər. Onlar seçiciləri YAP-ı dəstəkləməyə səsləyib.