YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncəlilər YAP -ın namizədinə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyev Gəncə Dövlət Universitetinin V tədris binasının akt zalında seçicilərlə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu partiyanın hər zaman Azərbaycan xalqının rifahına xidmət etdiyini bildirib. YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıran Bayram Aslanov xalqımızın Yeni Azərbaycan Partiyasına inamından bəhs edib: "Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyaya xalqın sevgisi sonsuzdur”.

Sonra çıxış edən deputatlığa namizəd Naqif Həmzəyev qarşıdan gələn parlament seçkilərinin vacibliyindən ətraflı bəhs edib. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Asif Həsənov, Etibar Musayev və digərləri çıxış edərək ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına əminliklərini bildiriblər. Çıxış edənlər 1 sentyabrda Gəncə  seçicilərini məntəqələrə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Görüşdən sonra Naqif Həmzəyev Zeynalabdin Tağıyev küçəsinin seçicilərilə də görüşüb.