Seçki-2024
Gələcəyə çağırış
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Firəngiz Məmmədyarovanın YAP Göyçay rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində də xalqın dəstəyi ilə inamlı qələbə qazanacağına əmin olduğunu ifadə edib. Qeyd edib ki, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda sülh və əməkdaşlıq gündəliyinin müəllifi olaraq atdığı addımlarla yanaşı, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə apardığı gemnişmiqyaslı bərpa-quruculuq işləri ilə də diqqətdədir.
Çıxış edən deputatlığa namizəd Firəngiz Məmmədyarova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. F.Məmmədyarova ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi imzası olduğunu vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin hər bir çıxışı reallıqlarımız və qarşıdakı dövrün hədəfləri ilə bağlı daha dolğun məlumatların əldə edilməsi üçün zəngin mənbədir, Azərbaycan daim gələcəyi düşünür və ona doğru inamla addımlayır.
Daha sonra çıxış edən yerli təşviqat qrupunun üzvləri Z.Mirzəliyeva, N.Şirinov, Ə.Bəykişiyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.