YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dövrün reallığı

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 90 saylı Ağsu seçki dairəsindən namizədiyi irəli sürülmüş Əli Hüseynovun YAP Ağsu rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev seçkilərin əhəmiyyətindən, parlament seçkilərinə hazırlıq prosesindən danışıb. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Deputatlığa namizəd Əli Hüseynov seçicilərə YAP-ın seçki platforması haqında ətraflı məlumat verərək bildirib ki, Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Qeyd edib ki, Azərbaycan tarixi Zəfərə imza ataraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib: “Hazırda isə Böyük Qayıdış proqramının uğurla icra edilməsi və digər mühüm amillər ölkəmiz üçün yeni perspektivlər yaradıb”.

Görüşdə təşviqat qrupunun üzvləri Əmrulla Kərimov, Tahir Xası və digərləri çıxış edərək seçiciləri YAP-nın namizədinə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində bəyan ediblər ki, onlar hər zaman Yeni Azərbayan Partiyasının siyasi xəttini dəstəkləyəcəklər.