Seçki-2024
Dayanıqlı inkişaf yolu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Faiq Xudayevin Abşeron rayonunun Xırdalan şəhərində seçicilərlə görüşü keçirilib.
Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərinin mərkəzindəki abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub.
Görüş zamanı YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev seçkilərin əhəmiyyətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının ölkəmizə mühüm uğurlar qazandırdığını və qarşıda önəmli hədəflərin dayandığını diqqətə çatdırıb.
Deputatlığa namizəd Faiq Xudayev YAP-ın seçki platforması barədə məlumat verib. O, qeyd edib ki, əldə edilmiş bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır: “Xalqımız əmindir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərinə çatacaq, yeni zirvələr fəth edəcək”.
F.Xudayev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Seçicilər isə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.