Seçki-2024
Növbəti zəfərlərə doğru!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun Yevlax rayonunun Hacımahmudlu kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi güclü siyasətdən və əldə etdiyimiz böyük nailiyyətlərdən geniş bəhs edib.
Deputatlığa namizəd İlham Məmmədov isə çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır: “Bununla yanaşı həmin uğurlu siyasət kursu bizim sabit və firavan gələcəyimizi təmin etməkdədir”. İlham Məmmədov çıxışında seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüş çərçivəsində çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr parlament seçkilərində birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, İlham Məmmədov Yevlax şəhərində və rayonun Qoyunbinəsi, Kolanlı, Rüstəmli kəndlərində yaşayan bir qrup şəhid ailəsini də ziyarət edib.