YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrdə zəfərlərimiz davamlı olacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həbib Mirzəyevin YAP Yasamal rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar və ağsaqqal seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda gedir. Yeni dövrdə ölkəmizin əldə edəcəyi uğurların davamlı olmasına əminlik vurğulanıb. O, deputatlığa namizəd Həbib Mirzəyev haqqında seçicilərə ətraflı məlumat verib.

Çıxış edən deputatlığa namizəd Həbib Mirzəyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, yarandığı vaxtdan etibarən xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyası qüdrətli Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir olan bir partiyadır.

H.Mirzəyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsi şəhidi, baş leytenant Rövşən Nurzadənin atası Əli Nurzadə, YAP Yasamal rayon seçki qərargahının üzvləri olan 44 günlük Vətən müharibəsi şəhidi, kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov, Zahid Cəfərov və Lalə Bayramova çıxış ediblər. Çıxışlarda ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər və ona uğurlar arzu ediblər.