Seçki-2024
Yeni zəfərlər naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yengibar Əliyevin M.Hadi, Q.Nəbi, S.Ə.Şirvani və M.Rüstəmov ünvanlarında yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, çətin və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası ölkəmizin uğurlu gələcəyi üçün atdığı addımları, qəbul etdiyi qərarları, həmçinin təşəbbüsləri ilə xalqın sevgisini qazanıb. YAP-ın seçki paltformasında yer alan uğurlar və hədəflər partiyanın ötən dövr ərizində Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına verdiyi töhfələrin ümumi mənzərəsini yaradır.
Vüqar Hüseynov daha sonra deputatlığa namizəd Yengibar Əliyev haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Yengibar Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə inkişaf, tərəqqi yoluna qədəm qoyan Azərbaycan son 20 ildən artıq dövrdə cənab İlham Əliyevin rəbhərliyi ilə yeni-yeni zəfərlərə doğru inamla addımlayır. O, seçiciləri 1 sentyabr - növbədənkənar parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Rafiq Nəcəfov, namizədin nümayəndəsi Səbinə Seyidova və seçici Bayram Rzayev budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu deyiblər. Qeyd olunub ki, seçicilər yeni zəfərlər naminə YAP-ın namizədlərini dəstəkləyəcəklər.