YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Məqsədyönlü siyasətin uğurlu nəticəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Məmmədli, Hüseynalılar, Arabaçılar və Qaradırnaq kəndlərində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Azərbaycan dövrün reallıqlarına nail olmaq üçün addım-addım irəliləyərək böyük zəfərlərə, qələbələrə nail olub. O, beynəlxalq arenada Azərbaycanın çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildiyini qeyd edib, deputatlığa namizəd Xanlar Fətiyev haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev Azərbaycanın dövrün çağırışlarından irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək növbəti hədəfləri müəyyənləşdirdiyini ifadə edib. Bildirib ki, bu günümüzün çağırışları YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarında özünün aydın ifadəsini tapıb.

Öz növbəsində çıxış edən seçicilər Cəbi Məmmədov, Pərviz Tağıyev, Elçin Cəfərli, Mais Qurbanov, Xuraman Hacıyeva, Rəfail Məmmədov, Mahir Abdullayev və digərləri dövlətə və dövlətçiliyə sədaqətlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə nümayiş etdirəcəklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Xanlar Fətiyev təşviqat qrupunun üzvləri ilə birlikdə rayonun Məmmədli kənd sakini Nizami Rüstəmovun ev ziyarətində olub, seçicilərlə görüşüb.

Görüşlərdən öncə kəndin ərazisindəki Şəhidlər kompleksi ziyarət olunub.