Seçki-2024
Yeni hədəflər naminə!
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə Quba rayonunun Möhüc kəndinin seçicilərilə görüşüb.
Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib. O, həmçinin YAP-ın 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədi Əlibala Məhərrəmzadənin fəaliyyəti barədə danışaraq seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıb.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu islahatların aparılması, ölkəmizin ildən-ilə qüdrətinin artması ilə bağlı fikirlərini bölüşüb.
O, uğurların davamı naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəklədiklərini deyərək deputatlığa namizəd Əlibala Məhərrəmzadəyə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Vətən müharibəsi şəhidi Yaşar Xudayev və antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış İxtiyar Bayramovun ailələrini ziyarət edib.