YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Hər bir uğur gələcəyə sərmayədir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun seçicilərlə növbəti görüşü keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, qədirbilən Azərbaycan xalqı hər zaman Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə sadiqdir. O vurğulayıb ki, Ulu Öndərin xalqımıza siyasi mirası olan Yeni Azərbaycan Partiyası keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq tarixi uğura imza atıb. Partiyanın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını deyən F.Vəliyev YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.

Deputatlığa namizəd Nurlan Həsənov bildirib ki, Azərbaycan tarixdə heç zaman bugünkü kimi qüdrətli olmayıb: “Daxili və xarici siyasətdə əldə olunan uğurlar, şanlı Ordumuzun parlaq Zəfəri nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi dövlətin milli gücünü daha da artırıb. Hər bir uğur gələcəyə sərmayədir. Əminəm ki, əldə olunan tarixi nailiyyətlərə görə seçicilər parlament seçkilərində bir daha YAP-a etimad göstərəcəklər”.

Görüş iştirakçıları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.