Seçki-2024
Yeni dövrün çağırışları…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Quliyevin YAP Yasamal rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar və ağsaqqal seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 2003-2024-cü illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövlətçilik tarixinə yüksəliş dövrü kimi daxil olub: “Cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasətin ardıcıllığını təmin etməklə onu zamanın çağırışlarına uyğun yeni ideyalarla daha da zənginləşdirərək Azərbaycanın daha da güclənməsinə, regional və qlobal miqyasda söz sahibi olan dövlətə çevrilməsinə nail olub. Müasir həyatımızın bütün sahələrinə nəzər saldıqda Prezident İlham Əliyevin xalqın etimadını layiqincə doğrultduğunun bir daha şahidi oluruq”.
B.Nəbiyev deputatlığa namizəd Əli Quliyev haqqında seçicilərə ətraflı məlumat verib.
Çıxış edən deputatlığa namizəd Əli Quliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib: “Bu, bir reallıqdır ki, Prezident İlham Əliyev hər zaman xalqına güvənib. Çünki cənab İlham Əliyev dövlət siyasətinin prioritetlərini milli maraqlar əsasında müəyyənləşdirərək həyata keçirir. Məhz dövlət siyasətində ölkənin, xalqın maraqlarının əsas götürülməsi, üstün tutulması xalq-iqtidar birliyinin əyani təzahürdür”.
Görüşdə, həmçinin şəhid Rövşən Nurzadənin atası Əli Nurzadə, seçki qərargahının üzvləri Lalə Bayramova, Əlimusa İbrahimov və şəhid Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov çıxış edib. Çıxışlarda ölkəmizin əldə etdiyi möhtəşəm uğurlardan və keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.