YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Ucarlı seçicilər YAP-ın namizədinə səs verəcəklər”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin rayonun Qarabörk kəndinin seçiciləri ilə görüşü keçirilib.

 YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, bu gün ölkəmiz yeni inkişaf dövrünü yaşayır. Müstəqillik tarixində respublikamız güclü bir dövlətə çevrilib. Prezident İlham Əliyev milli maraqları yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir və Azərbaycana möhtəşəm qələbələr qazandırır.  

Deputatlığa namizəd Ramil Həsən Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verərək YAP-ın qazandığı uğurlar və gələcək hədəfləri barədə danışıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyini bərpa edən Azərbaycanın bütün ərazisində ilk dəfə keçiriləcək parlament seçkilərində namizədliyinin irəli sürülməsindən qürur duyduğunu ifadə edib. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində yeni reallıqlar yaranıb, Azərbaycanın qarşısında yeni perspektivlər açılıb.

Ramil Həsən yenidən Milli Məclisin deputatı seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını söyləyib.

 Tədbirdə təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, Rəna Cəfərova və şəhid atası Əli Vəliyev çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Çıxışçılar uğurların davamlı olması üçün seçiciləri Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıblar.

 Qeyd edək ki, deputatlığa namizəd rayonun Qarabörk kəndində Birinci Qarabağ müharibəsi şəhidi İsmayıl Nəzərovun, Vətən müharibəsi şəhidləri Coşqun Məmmədovun və Hikmət İbrahimovun ailələrini ziyarət edib.