YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sumqayıtlıların seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin Sumqayıt şəhər Uşaq İncəsənət Məktəbində ilk dəfə səs verəcək gənc seçicilər ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak hüququ qazanmaları münasibətilə təbrik edib. O, gənclərin hərtərəfli inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb. R.Hüseynov bütün siyasi kampaniyalarda olduğu kimi, parlament seçkilərində də gənclərimizin yüksək fəallıq nümayiş etdirəcəyini və Sumqayıt şəhərində seçkilərin şəffaf, demokratik və yüksək seçici fəallığı şəraitində keçirilməsinə töhfələrini verəcəklərindən əminliyini bildirib.

Daha sonra Tahir Mirişilinin əvvəlki fəaliyyət dövründən bəhs edən video-çarx nümayiş olunub.

Deputatlığa namizəd Tahir Mirkişili çıxış edərək bildirib ki, dövlətimiz, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük dəstək göstərir. YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Tahir Mirkişili gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Çıxış edən təşviqat qrupunun üzvləri isə vurğulayıblar ki, ilk dəfə səs verəcək gənclərimiz seçki prosesində fəal olmalıdır.

Görüşdə çıxış edən gənclər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.