YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbə ruhunda...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Taleh Qurbanovun Sabunçu rayonundakı Maştağa Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, ölkəmizin suverenliyinin tam bərpa olunması Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsini şərtləndirir. O, deputatlığa namizəd Taleh Qurbanov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Taleh Qurbanov Yeni Azərbaycan Partiyasının siyasi sistemin monolit gücü və avanqard siyasi institut olduğundan bəhs edib. O, bildirib ki, YAP eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa fundamental töhfələr verən ümumxalq partiyasıdır.

Taleh Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Çıxış edən seçicilər 1 sentyabrda keçiriləcək seçkilərdə birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.