YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan inkişaf yolunda inamla irəliləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun rayonun Yolüstü, Yeni Uluxanlı və Düzənlik kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu partiyanın hər zaman Azərbaycan xalqının rifahına xidmət etdiyini bildirib. Rayon təşkilatının sədri YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını  diqqətə çatdıraraq seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılacağına əminliyini vurğulayıb.

Tədbirdə çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov xalqımız qarşısında misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu gün inkişaf yolunda inamla addımladığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsindən danışaraq, ölkəmizin təkcə Cənubi Qafqazın lideri deyil, bütün dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini qeyd edib.

Vurğulanıb ki, YAP-ın bütün seçkilərdə qələbə qazanması xalqın Heydər Əliyev ideyalarına sədaqətinin, dövlət başçısı İlham Əliyev siyasətinə dəstəyinin bariz təzahürüdür.

Görüşdə şəhid atası Mirzə İmanov, təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Nəbi İbrahimov, kənd sakinləri Məmməd Hüseynov, Qulu Novruzov və digərləri çıxış ediblər. Natiqlər çıxışlarında xalqımızın bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək mühüm nailiyyətlər əldə edəcəyinə əminlik ifadə ediblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Sadiq Qurbanov rayonun Yolüstü kəndində sakinlərlə fərdi görüşlər də keçirib.