YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlarla, qələbələrlə dolu illər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nərminə Hacıyevanın Xətai rayonundakı M.Ə.Sabir adına kitabxananın akt zalında seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov diqqəti Yeni Azərbaycan Partiyasının seçki platformasına yönəldərək bildirib ki, partiyanın “Yeni dövrə yeni Azərbaycanla!” şüarı özündə həm keçilən yolu, həm də qarşıdakı dövrün hədəflərini açıqlayır.

Vüqar Hüseynov deputatlığa namizəd Nərminə Hacıyeva haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Nərminə Hacıyeva qeyd edib ki, güclü, qüdrətli, qalib və bütövləşən Azərbaycan hər birimizin qürur mənbəyidir: “Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək”.

Nərminə Hacıyeva seçiciləri dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.    

Tədbirdə namizədin nümayəndəsi İbrahim Bayramov, təşviqat qrupunun üzvü Orxan İsmayılov, seçici Felmer Ələkbərov çıxış edərək bildiriblər ki, qalib Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm zəfərlər gözləyir. Natiqlər seçiciləri parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.