YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı böyükdür

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovun Cəlilabad rayonu, Sərhədabad və Kürdlər kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının müstəsna rolu və önəmli payı var. YAP suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsinə də öz töhfələrini vermək üçün daha böyük səylə çalışır.

Çıxış edən deputatlığa namizəd Malik Həsənov qeyd edib ki, bu gün insanların yüksək fəallığından da göründüyü kimi, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı böyükdür. Hər bir seçkinin nəticələri bu etimadın daha da artdığını təsdiqləyir. Çünki YAP yarandığı gündən Azərbaycanın daha da güclənməsi, beynəlxalq nüfuzunun artması, xalqın rifahının daha da yüksəlməsi üçün əzmlə çalışır. Partiyanın sözlə əməl birliyi, hər bir təşəbbüsünün, qəbul etdiyi qərarların Azərbaycanın uğurlu gələcəyinə xidmət etməsi onun cəmiyyətdə rolunu artırır, mövqeyini daha da möhkəmləndirir.

Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.   

Tədbirdə çıxış edən seçicilər - Sərhədabad kənd sakinlərindən Tahir Ağayev, İlham Əmirov, Ramiz Məmmədov, Divanxan Xankişiyev, Kürdlər kənd sakinləri Səxavət Kərimov, Rafiq Hüseynov, Səfərxan Qurbanov, Aydın Tağıyev və başqaları  parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.