YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrün yeni hədəflərinə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Xəzər rayonu, Şüvəlan qəsəbəsində məskunlaşan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə, tarixi zəfərlərə imza atdığını deyib. Qeyd olunub ki, bu uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin təmin olunması dayanır.

Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov YAP-ın xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb: “2003-cü ildən Ümummilli Liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın qüdrəti daha da artıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu dövr Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub”.

Namizəd yeni mərhələdə ölkəmizin qarşısında mühüm hədəflərin dayandığını deyib, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına inamını ifadə edib.

Tədbirdə təşviqat qrupunun üzvləri Əsgər Əhməd, Telman Cəfərov də çıxış edərək YAP namizədi Ceyhun Məmmədovun parlament seçkilərində qalib gələcəyinə əminliklərini ifadə ediblər.