YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP yüksək nüfuza malik aparıcı siyasi qüvvədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun YAP Binəqədi rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır: “Bütün sahələr üzrə əldə olunan nailiyyətlər təqdirəlayiqdir. İqtisadi imkanlarımız daha da artacaq, əhalinin rifahı daha da yaxşılacaq. Heç şübhəsiz ki, seçicilər YAP-ın namizədlərinə səs verməklə daha qüdrətli Azərbaycan naminə düzgün seçim etmiş olacaqlar. YAP yüksək nüfuza malik aparıcı siyasi qüvvədir”.

Deputatlığa namizəd Hümbət Hüseynov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasətinin başlıca istiqamətlərindən biri insan amilinə və vətəndaş rifahına əsaslanan sosial siyasətin həyata keçirilməsidir: “Bu gün əhalinin bütün təbəqələri, xüsusilə də sosial cəhətdən həssas qruplar, o cümlədən şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar”.

O qeyd edib ki, Azərbaycanın 30 il ərzində işğal altında olan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün tam bərpasından sonra yeni dönəm başlayıb: “Azərbaycan yeni dönəmdə bütün hədəfləri reallaşdırmaq əzmindədir”.

Görüş iştirakçılarından Sübhan Namazov, Əli Vəliyev və digərləri çıxış edərək vurğulayıblar ki, bu seçkilərdə də Heydər Əliyev yoluna sadiqlik nümayiş etdirərək YAP-a dəstəklərini ifadə edəcəklər.