Seçki-2024
YAP-ın gücü xalqın inamındadır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP-ın seçki platformasından danışıb, seçiciləri partiyanın namizədi Fatma Yıldıma səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım YAP-ın keçdiyi şərəfli yol haqqında ətraflı çıxış edərək qeyd edib ki, partiyamızın gücü xalqımızın inamındadır. Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.