YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Rifah və inkişaf naminə...

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun seçicilərlə görüşü keçirilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb. O, seçiciləri seçki prosesində fəal iştirak etməyə çağırıb.

Deputatlığa namizəd Müşfiq Cəfərov isə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. O, Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verərək YAP-ın qazandığı uğurlar və gələcək hədəfləri barədə danışıb.

Tədbirdə təşviqat qrupunun üzvləri çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar. “Rifah və inkişaf naminə Yeni Azərbaycan Partiyasına dəstəyimizi davam etdirək!”, - deyə vurğulanıb.

Seçicilər də 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.