YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbənin astanasında

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Qəbələ rayonunun Nic qəsəbəsi və Mirzəbəyli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirilib ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla geniş və çoxşaxəli islahatlar proqramı həyata keçirilir. Bu siyasət xalq tərəfindən birmənalı şəkildə müdafiə olunur: “Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir”.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib və qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib: “Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən xarici siyasəti Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır”.     

Tədbirdə təşviqat qrupunun üzvləri Fərman İbrahimov, İlkin Lətifov, Nic qəsəbəsi Ağsaqqalar Şurasının sədri Frans Vartanov, Udi icmasının sədri Robert Mobili, Müsəlman dini icmasının sədri Orxan Xasməmmədov, Nic qəsəbə sakinləri Rövşən Balayev, Əhməd Məmmədli, Venera Antonova, Mirzəbəyli kənd sakinləri İsmayıl Hüseynov, Feyruz Əzizov, Rövşən İbrahimov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Natiqlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.