YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni uğurlara imza atacağıq!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun rayonun Urva və Çiləgir kəndlərində seçicilərlə görüşü keçirilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qarşıdakı parlament seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağına əminliyini ifadə edərək seçiciləri seçki prosesində fəal iştirak etməyə çağırıb.

Deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkədə mövcud olan xalq-iqtidar birliyindən, milli həmrəyliyin YAP-ın siyasi xəttində mühüm əhəmiyyətə malik olmasından bəhs edib: “Yeni reallıqlar fonunda milli həmrəyliyimiz daha da güclənəcək, birlikdə yeni uğurlara imza atacağıq”.

Görüşdə Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov, təşviqat qrupunun üzvü Neva Abdurahmanova, kənd sakini Nizami Əliyarov və başqaları çıxış ediblər.

Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu bildirərək daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Azər Badamov Çiləgir kəndində şəhid Murad İskəndərovun ailəsini də ziyarət edib.