Seçki-2024
“Gənclərin seçimi dəyişməzdir!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun YAP Lənkəran rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev qeyd edib ki, gəncləri Azərbaycanın bu günü, sabahı və ümidi adlandıran Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, sağlam gəncliyin yetişməsinə xüsusi diqqət yetirib, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirib: “Bu gün gənc nəslin xalqımıza məxsus zəngin milli-mənəvi dəyərlər əsasında – yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir”.
Deputatlığa namizəd Anar İsgəndərov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. O vurğulayıb ki, ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirilir: “Bu sahədə Dövlət proqramlarının uğurla icra olunması, kadr islahatları çərçivəsində gənclərə yüksək etimad göstərilməsi və digər addımlar cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin inkişafı, onların həm cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakı, həm də ölkəni beynəlxalq müstəvidə layiqincə təmsil etməsi baxımından müstəsna əhəmiyyətə malikdir”.
Deputatlığa namizəd gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Çıxış edən gənc seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. “Gənclərin seçimi dəyişməzdir!”, - deyə bildirilib.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Anar İsgəndərov rayonun Gərmətük və İstisu qəsəbələrində də seçicilərlə görüşüb.