YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Xalqın gələcəyini düşünən Yeni Azərbaycan Partiyasını dəstəkləyirik”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin  YAP Ordubad rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Ordubad  rayon  təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın 1993-cü ildən bu günədək keçdiyi inkişaf yolundan və Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində müstəsna rolundan bəhs edib. O bildirib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir: “Son 20 ildən artıq dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı zirvəyə yüksəldib”.

Deputatlığa namizəd  Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən mayakdır. Dövlət müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan 1993-cü ildən bu günədək  dünyanı heyrətləndirən uğurlara imza atıb. Namizəd vurğulayıb ki, tarixi Zəfərimiz bu uğurların zirvəsində dayanır.

V.Rəhimzadə Azərbaycan gənclərinin milli ruhda tərbiyə olunduğunu, milli-mənəvi dəyərlərə bağlı olduqlarını önə çəkərək qalib ölkənin daha möhtəşəm uğurlara doğru inamla irəliləməsinə dəstək olmaq üçün seçiciləri fəal olmağa çağırıb.

Tədbirdə çıxış edən  təşviqat qrupunun üzvləri Səkinə Tağıyeva, Fərman Rəsulov və digərləri seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

İlk dəfə səs verəcək gənclərdən Abbas Hacıyev çıxış edərək gənclərin dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstəyi və Yeni Azərbaycan Partiyasına inamından bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP-a xalqın sevgisi sonsuzdur: “Partiya gənclərə daim diqqət və qayğı ilə yanaşır, onlara potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanlar yaradır. Dövlətin, xalqın gələcəyini düşünən Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyik”.

Qeyd edək ki, deputatlığa namizəd Vüqar Rəhimzadənin Ordubad rayonunun mərkəzində də seçicilərlə görüşü olub.