YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğur və qələbə simvolu

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Zaman Məmmədovun YAP Yasamal rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar və ağsaqqal seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Azərbaycanın böyük inkişaf yolu keçdiyi, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı, ən böyük nailiyyətin isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycanın şanlı Zəfərini şərtləndirən amillər siyasi-iqtisadi, hərbi güc, ən əsası torpaq, Vətən sevgisi olub. O, bu uğurların qarşıdan gələn parlament seçkilərində YAP-ın qələbəsinə zəmin yaratdığını bildirib.

Çıxış edən deputatlığa namizəd Zaman Məmmədov çıxışında ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atıb: “Sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə dünyanın hərb tarixinə yeni səhifə yazıb. Qalib ölkənin qalib ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb”.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsi şəhidi, baş leytenant Rövşən Nurzadənin atası Əli Nurzadə, YAP Yasamal rayon seçki qərargahının üzvləri olan Lalə Bayramova, Əlimusa İbrahimov və Sübhan Talıblı çıxış ediblər. Onlar seçicilərə parlament seçkilərində YAP-ın namizədinə səs verilməsi istiqamətində çağırışlar ediblər.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.