YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər daha güclü Azərbaycan naminə YAP-ı dəstəkləyəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 115 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Niymət Yusibovun Şəki rayonu, Qaratorpaq kənd tam orta məktəbinin akt zalında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov əminliklə söyləyib ki, ümumxalq partiyası olan YAP növbəti dəfə seçkilərdə möhtəşəm qələbə qazanacaq: “Yeni Azərbaycan Partiyası böyük nailiyyətlər qazanıb və bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək”.

Çıxış edən deputatlığa namizəd Niymət Yusibov zamanın sınaqlarından şərəflə çıxaraq möhtəşəm uğurlara imza atan Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində mühüm yerə malik olmasından bəhs edib, həmçinin YAP-ın  seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, bu gün Azərbaycan yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. Qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Şahvələd Əliyev, Sahib Hüseynov və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.