YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP xalqın inam və etimad ünvana çevrilib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naib Hacıyevin YAP Sumqayıt şəhər təşkilatının qərargahında Təzə Kotec qəsəbəsi ərazisində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyduğunu söyləyib.

R.Hüseynov Yeni Azərbaycan Partiyasının bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayandığını, daim xalqın arzularının təcəssümü və yekdil iradəsinin ifadəçisi kimi çıxış etdiyini vurğulayıb. O, deputatlığa namizəd barədə seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Naib Hacıyev görüşdə Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini, bu siyasətə dinamizm və çeviklik əlavə etdiyini vurğulayıb. O, söz verib ki, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacaq.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Cavid Məmiyev, Elvin Əlizadə seçiciləri 1 sentyabr növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının seçki platforması ətrafında fikir mübadiləsi aparıblar, inam və etimad ünvanı olan YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə edib