Seçki-2024
Xalqa verilən vədlər yerinə yetirilib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Qasımovanın Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMC-nin akt zalında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Azərbaycanın son illərdə böyük nailiyyətlər qazanaraq, bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayandığını, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunduğunu ifadə edib. O, deputatlığa namizəd Səbinə Qasımova haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Səbinə Qasımova Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, bildirib ki, YAP Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib: “Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət hazırda uğurla davam etdirilir.
Görüş iştirakçılarından Namiq Muradov, Vüqar Musayev, Qabil Abbasov, Mehriban Mehdiyeva və digərləri YAP-ın namizədinə dəstəklərini ifadə ediblər.