YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nəsimi rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynovun YAP Nəsimi rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğunu vurğulayıb. O, deputatlığa namizəd Xaliq Hüseynov barəsində seçicilərə məlumat verib.

Deputatlığa namizəd Xaliq Hüseynov Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıdan gələn parlament seçkilərinin əhəmiyyəti barədə danışaraq bildirib ki, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində Prezident İlham Əliyevin misilsiz rolu var.

Gənc seçicilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildirib.

Tədbirdə çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar