YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəflərin reallaşmasına doğru!

Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat mərhələsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərargahında ziyalılar və ağsaqallarla görüşü keçirilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyamızın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq möhtəşəm qələbə qazanacağına inandığını bildirib.

Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. O qarşıdan gələn parlament seçkilərinin önəmindən də ətraflı bəhs edib.

Tədbirdə təşviqat qrupunun üzvləri Famil Həmidov, İbrahim İbrahimov, Ayaz Orucov, Elvira Allahverdiyeva və digərləri çıxış edərək ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına əminliklərini bildiriblər. Çıxış edənlər 1 sentyabrda Şəmkir seçicilərini məntəqələrə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Sonda çıxış edən seçicilər fikir və təkliflərini səsləndiriblər, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.