Seçki-2024
Böyük və şərəfli yol
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deputatlığa namizəd Elnur Rəhimov haqqında seçicilərə məlumat verib. O, seçiciləri qarşıdan gələn parlament seçkilərində tarixi zəfərlərin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Elnur Rəhimov qeyd edib ki, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsində qızıl hərflərlə əbədi yazılacaq: “Bu baxımdan parlament seçkilərində YAP-ın qələbə qazanacağı şübhəsizdir”.
Tədbirdə çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.