YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Parlament seçkiləri qələbələrin davamı olacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 80 saylı Lerik-Astara  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Rəcəbovun  Lerik  rayonunun Osyodərə kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkilərdə də qələbə qazanacaq. Vurğulayıb ki, 1 sentyabr seçkiləri qələbələrin davamı olacaq. O, deputatlığa namizəd Elman Rəcəbov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Elman Rəcəbov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideyalar, bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənib: “Ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı məqsədyönlü siyasətin alternativi yoxdur”.

Görüş iştirakçısı Elxan Qənbərov bildirib ki, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Qeyd edib ki, son illər ölkədə baş verən mühüm iqtisadi dəyişikliklər, dinamik sosial-iqtisadi inkişaf, əldə olunan uğurlar bütün bölgələrdə olduğu kimi, Lerik rayon sakinlərinin də maddi-rifah halının yaxşılaşdırılmasına, problemlərin aradan qaldırılmasına öz müsbət təsirini göstərib.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Elman Rəcəbov rayonun digər kəndində də görüşlər keçirib, bəzi ailələrin problemləri ilə maraqlanıb.