YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Mühüm amil

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mithad Sayadovun Qax rayonunun Tasmalı, Turaclı və Zəyəm kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev bildirib ki, həmişə olduğu kimi, bu parlament seçkilərində də Yeni Azərbaycan Partiyası xalqımıza yüksək səviyyədə xidmət edən namizədlərini irəli sürüb: “Postmüharibə dövrünün reallıqlarını dərindən yaşayan xalqımız bu seçkilərdə Milli Məclisdə deputatlar arasında ictimai-siyasi sabitliyi, ölkəmizi gələcəyə aparacaq islahatları, dövlətimizin xarici siyasi kursunu, həmçinin hərbi potensialın artırılmasını özünə hədəf seçmiş ziyalılarımızı görmək istəyir. YAP da xalqımızın bu tələblərini nəzərə alaraq Milli Məclisə seçiləcək deputatlığa namizədlərini partiya sıralarından seçib”.

Deputatlığa namizəd Mithad Sayadov xalqa xidmətin əslində Yeni Azərbaycan Partiyasına xidmətdən keçdiyini bildirib. O, YAP-ın yarandığı ilk gündən ictimai-siyasi, sosial-iqtisadi və hərbi sahələrdə xalqın nəbzini peşəkarcasına və tükənməz vətənpərvərlik hissləri ilə tutduğunu dilə gətirib.

Bununla yanaşı, Mithad Sayadov qeyd edib ki, seçkilərdə iştirak etmək bütün xalqımızın sadəcə vətəndaşlıq borcu deyil, bu, həmçinin ölkəmizin gələcəyinin müəyyənləşdirilməsində mühüm amildir.

Görüşdə iştirak edən təşviqat qrupunun üzvü İlkin Abbasov və seçicilər çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı yeri, dövlətçiliyimizin inkişafı və ərazi bütövlüyümüzün bərpasında Prezident İlham Əliyevin göstərdiyi iradə artıq tariximizin fəxrlə yazılan səhifələridir.